Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri və bəstəkar Eldar Həsənovun musiqisi əsasında hazırlanmış əsərləri ifa edib.

"Report" xəbər verir ki, tədbir “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzində baş tutub. Konsertdə şeirlərin müəllifi Leyla Əliyeva iştirak edib.

Vokal əsərləri balet artistlərinin iştirakı ilə xoreoqrafik nömrələrlə müşayiət olunub. Konsertdə “Səni niyə belə sevirəm”, “Bir söz söylə”, “Payız”, “Yay gecəsində”, “Arzu”, “Sehrli qala” şeirləri və müəllifin digər əsərləri əsasında romanslar səsləndirilib.

Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı aprelin 23-dən 29-dək Bakıda keçirilir. Yeddi gün ərzində paytaxtın müxtəlif məkanlarında tanınmış azərbaycanlı və xarici ifaçıların, gənc opera müğənnilərinin, eləcə də 6-16 yaş arası istedadların iştirakı ilə konsertlər təşkil olunur.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !