Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Mikayıl Müşfiqin Xatirə Muzeyi yenidən yararsız hala düşüb

Mikayıl Müşfiqin Xatirə Muzeyi yenidən yararsız hala düşüb

Bir neçə gün əvvəl yağan yağışlardan sonra Mikayıl Müşfiqin Xızıda yerləşən xatirə muzeyi yararsız hala düşüb.

APA xəbər verir ki, bunu şairin əmisi nəvəsi Reyhan İsmayılzadə bildirib.

O qeyd edib ki, xatirə muzeyi bir otaqdan ibarətdir eksponatları yığmaq üçün yer yoxdur.

O məsələ ilə bağlı mədəniyyət nazirinin qəbulunda olduğunu qeyd edib. Ona muzeydə təmir-bərpa işlərinin aparılacağı bildirilib.

Reyhan İsmayılzadənin sözlərinə görə, bir neçə gün əvvəl sel yenidən həyətdəki körpünü aparıb.

O, şairin qohumu olaraq işçi kimi orda işləməyi təklif edib.

Sözügedən məsələ ilə bağlı Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən APA-ya bildirilib ki, 2023-cü ildə körpü bir dəfə də dağılmışdı: “Biz onu bərpa etdik. Bu dəfə körpünü və həyətdəki oturacaqları da dağıdıb. Binada və abidədə heç bir təhlükə yoxdur, sadəcə körpü dağılıb. Biz nə çatmırsa, yazıb Mədəniyyət Nazirliyinə vermişik, onlar da gəlib hələ körpü dağılmamışdan əvvəl ölçü götürüblər. Onların qərarlarını gözləyirik”.

Qeyd edək ki, Mikayıl Müşfiqin Xatirə Muzeyi 1988-ci ildə Müşfiqin 80 illik yubileyindən sonra Xızının Sayadlar kəndində yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !