Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun tədbirlər proqramına daxil edilib
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və dəstəyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərarı ilə Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun 2026–2027-ci illər üzrə qeyd olunacaq tədbirlər proqramına daxil edilib.
“Sizinxeber.az” xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və ya “Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələr”i mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu məsələnin UNESCO-nun İcraiyyə Şurasının 2025-ci ilin aprelində keçirilmiş 221-ci sessiyasında müzakirə edilərək təsdiqlənməsi mühüm nailiyyətdir:
“Əminəm ki, Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünün 2026-cı ildə UNESCO səviyyəsində qeyd olunması prosesində dövlət qurumları ilə yanaşı, Qərbi Azərbaycan icmasının nümayəndələri də iştirak edəcək, xalqımızın zəngin mədəniyyətinin dünya ictimaiyyətinə layiqincə tanıdılmasına dəyərli töhfələrini verəcəklər”.
Oxşar xəbərlər
Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-da qeyd ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNESCO-ya daxil edilmiş Natəvanın “Gül dəftəri”nə sertifikat verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran İmanov: UNESCO ikili standartlara əl atır, vəzifələrini icra etməkdən boyun qaçırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: Aşıq Ələsgərin abidəsinin açılması doğrudan da çox gözəl hadisədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın təndir sənətkarlığı və çörək bişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












