UNESCO-ya daxil edilmiş Natəvanın “Gül dəftəri”nə sertifikat verilib
UNESCO-ya daxil edilmiş Xurşidbanu Natəvanın “Gül dəftəri”nə sertifikat verilib.
AMEA-dan APA-ya verilən xəbərə görə, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, Xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə “Xurşidbanu Natəvanın “Gül dəftəri” - illüstrasiyalı şeirlər albomu” nominasiyanın UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilməsi ilə əlaqədar UNESCO tərəfindən verilən sertifikatın əslini təqdim edib.
Qeyd edək ki, Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün 2022-2023-cü illər üzrə təqdim olunan “Xurşidbanu Natəvanın “Gül dəftəri” - illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan - album of illustrated verses) adlı nominasiya 2023-cü ildə UNESCO İcraiyyə Şurası tərəfindən qəbul olunub.
Oxşar xəbərlər
Şüvəlanda taksi sürücüsünü döyüb avtomobilini qaçıran şəxslər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
