Bakıda avstraliyalı bəstəkar Con Varneylə musiqili görüş keçirilib
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində aprelin 9-da avstraliyalı musiqiçi, kontrabas ifaçısı, bəstəkar və pedaqoq Con Varneylə "Daxili dənizləri sərhəd olan ölkələrdən musiqi" adlı musiqili görüş baş tutub.
"Report" xəbər verir ki, görüşdə C.Varney öz yaradıcılığı və ümumi musiqi barədə danışıb, Azərbaycan Milli Konservatoriyasının əməkdaşı, beynəlxalq müsabiqələr laureatı, pianoçu Nərmin İsgəndərovanın müşayiəti ilə musiqi parçaları ifa edib.
Uzun illərdir, Bakıda olan bəstəkar Azərbaycan musiqilərini çox sevdiyini deyərək Tofiq Quliyevin "Görüş" filmi üçün yazdığı "Arzular" mahnısını kontrabasda səsləndirib.
Bununla yanaşı, o, T.Quliyevin "Arzular" və Qaytağı", Tofiq Bakixanovun “Eleqiya", Revaz Laqidzenin “Çiçəyin naxışını xatırlayıram" və Covanni Bottezinin "Eleqiya və Tarantella" əsərlərini də ilk dəfə kontrabasda ifa edib.
Qeyd edək ki, Con Varney ömrünün çox hissəsini kontrabas ifaçılığına həsr edib. O, Melburn və Sidneydə musiqi təhsili aldıqdan sonra sonra peşəkar orkestrlərdə ifa etməyə başlayıb. Bu isə onun dünyanın ən böyük kontrabas ifaçılarından və musiqi pedaqoqlarından biri olan Franko Petrakçidən ustad dərsi almasına səbəb olub.
Peşəkar ifaçılıqla yanaşı, C.Varney həm öz vətənində, həm də Cənubi Amerika ölkələrində pedoqoji fəaliyyət göstərib. Avstraliyalı kontrabas ifaçısı dünya instrumental musiqisi ilə bərabər, Azərbaycanın bir sıra bəstəkarlarının əsərlərini də kontrabas alətinə uyğunlaşdıraraq, özünəməxsus tərzdə ifa edib.
Foto: Mircavid Eminoğlu
Oxşar xəbərlər
“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub
Vaqif Mustafazadənin ölümündən 44 il ötür
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib - FOTO
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












