Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar
- 5-02-2025, 18:30
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 854
Fevralın 5-də dünyaşöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin doğum günündə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək böyük ustadın xatirəsini ehtiramla yad edib, onun məzarı üzərinə gül dəstələri düzüblər.
"Sizinxeber.az" xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova, bəstəkar Tural Məmmədli, bəstəkar İlahə Qismət dahi bəstəkarın milli musiqimizin inkişafında müstəsna rolunu vurğulayıb, onun zəngin yaradıcılığından bəhs ediblər.
Bildirilib ki, Qara Qarayev milli və ümumbəşəri miqyasda tanınan yaradıcılığı ilə yeni yollar açan yenilikçi bəstəkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatında xüsusi əlamətdar hadisəyə, bayrama, Azərbaycan mədəniyyətində dönüş nöqtəsinə çevrilib. Dünyaşöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ-nin əksər respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya, Almaniya və başqa ölkələrdə keçirilən möhtəşəm musiqi tədbirlərində uğurla ifa olunub.
Bəstəkarın Nizaminin eyniadlı poeması əsasında hazırladığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında bəstələdiyi “İldırımlı yollarla” baletləri dünyanın bir çox ölkələrində uğurla tamaşaya qoyulub. “Don Kixot” simfonik qravüraları, Nizaminin poeması əsasında hazırlanmış “Leyli və Məcnun” simfonik poeması, “Vyetnam süitası” kimi əsərlər bəstəkarın yaradıcılığının dəyərli səhifələridir. O, bir çox filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında dastan”, “Uzaq sahillərdə” və digər ekran əsərlərinə musiqi yazıb.
Qara Qarayev “Vətən” (Cövdət Hacıyevlə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında hazırlanmış “Zəriflik” operalarının müəllifidir. Bəstəkar 24 prelüddən ibarət silsiləsini, violin və fortepiano üçün sonatasını, simli kvartetləri kamera-instrumental musiqi janrına çevirib. Qara Qarayevin A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Ürək nəğməsi”, “Xoşbəxtlik mahnısı” kantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.
Firəngiz Əlizadə jurnalistlərə müsahibəsində bildirib ki, Qara Qarayev təkcə dahi bəstəkar deyil, həm də gözəl insan, görkəmli pedaqoq olub. O əlavə edib: “Hər zaman deyirəm ki, Azərbaycanda Qara Qarayev kimi bir neçə bəstəkar olsaydı, çox gözəl olardı”.
Bəstəkarın qızı, pianoçu Züleyxa Qarayeva jurnalistlərlə söhbətində atası ilə bağlı xatirələrini bölüşüb. O deyib: “O, çox yaxşı və dürüst insan, intizamlı, gözəl ata idi. Hər il buraya gəlirik, çoxlu insan toplaşır. Sonra onun doğulduğu ev-muzeyində doğum günü şərəfinə konsert verəcəyik”.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, yeni bəstəkarlar nəslinin yetişdirilməsində mühüm rol oynayan Qara Qarayev 1982-ci il mayın 13-də vəfat edib.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />