Leyla Əliyevanın dəstəyi ilə dünyaca məşhur DJ tərəfindən “Bayatı şiraz” treki hazırlanıb
Dünyaca məşhur prodüser və DJ Burak Yeter “Bayatı şiraz” adlı yeni treki ilə musiqisevərlərin qəlblərini fəth etməyə hazırdır.
Mədəniyyət Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, "Sound of Land" layihəsi çərçivəsində Bakıda keçirilən "Yaradıcı həftə" ərzində yeni trekin yaradılması ideyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə reallaşıb.
Bir çox hitlərə imza atan Burak Yeterın sosail şəbəkə səhifəsində 6 milyondan çox izləyici auditoriyası var. Onun mahnıları audio platformalarda bir milyarddan çox baxış və ya səslənməyə sahibdir.
Elektron musiqi janrında yeni əsərin bütün platformalarda distribusiyası ilə “Yaradıcı Studio” məşğul olacaq. Prodüser Anar Reybandın fikrincə, “Yaradıcı Studio" ilə birgə ərsəyə gətirilən bu mahnı milli yaradıcı gəclərimiz üçün gözəl hədiyyədir, eyni zamanda dinamik musiqi həvəskarlarını daha da ruhlandıracaq.
Gənc xanəndə Kənan Bayramovun ifasında olan bu trek Spotify, Apple Music, Amazon Music, Deezer, Tidal, Pandora, Anghami, Claro-Musica, Melon, Kanjian, Bugs!, AWA, Naver Music, NetEase, QQ Music, Kugou, Kuwo, Napster, iHeartRadio, JioSaavn, Kuack, Flo, KKBOX, Zing, Joox, Boomplay, LINE MUSIC, Audiomack, YouSee Musik, Telmore Musik, Genie Music platformalarında yayımlanacaq.
“Yaradıcı Studio”da Dolby Atmos və Stereo formatında musiqi yazılışı, miksinqi və səsləndirilməsi, filmlərin, reklam çarxlarının dublyajı, musiqi treklərinin masterinqini etmək imkanları var.
Qeyd edək ki, “Yaradıcı Studio” Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində yaradılıb və əsas məqsədləri musiqi və kino sənayesində yerli istehsalçıların dünya standartlarında məhsullar yaratmasına və onların ixracını gücləndirilməsinə dəstək göstərməkdir.
Oxşar xəbərlər
Leyla Əliyevanın dəstəyi ilə “Bayatı şiraz”ın treki hazırlanıb
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub - FOTO
Qazax Kamera Xoru Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib
Burak Yılmaz istefa verib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












