Təyyarə qəzası qurbanlarının xatirəsi Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyində anılır
sizinxeber.az xəbər saytı

Təyyarə qəzası qurbanlarının xatirəsi Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyində anılır


Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyində xatirə kitabı açılıb.

Nümayəndəlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, UNESCO yanında akkreditə olunmuş xarici ölkələrinin daimi nümayəndələri və diplomatları Daimi Nümayəndəliyə gələrək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.

Həmçinin, UNESCO Baş Direktoru adından, eləcə də UNESCO Baş Konfransın Prezidenti xanım Simona Mikolesku tərəfindən baş başsağlığı məktubu Daimi Nümayəndəliyə ünvanlanıb.

Qeyd edək ki, Daimi Nümayəndəliklər tərəfindən başsağlığı məktubları Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin ünvanına göndərilir.

Oxşar xəbərlər

Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyində təyyarə qəzası qurbanlarının xatirəsi anılır
Parisdə xarici diplomatlar Azərbaycanın UNESCO-dakı nümayəndəliyini ziyarət edərək başsağlığı veriblər
Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyində təyyarə qəzası qurbanlarının xatirəsi yad edilib
“Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” faylın UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
Azərbaycanın İsraildəki səfirliyində dövlət bayrağı yarıya qədər endirilib, başsağlığı kitabı açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər