Abdullah Əl-Vaşmi: Azərbaycanda "Ərəb dili ayı"nın keçirilməsi uzunmüddətli əməkdaşlığın nəticəsidir
Azərbaycanda "Ərəb dili ayı"nın keçirilməsi uzunmüddətli əməkdaşlığın nəticəsidir.
“Report”un müxbiri xəbər verir ki, bunu Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru professor Abdullah Əl-Vaşmi Bakıda "Ərəb dili ayı"nın açılış mərasimində bildirib.
"Xalqlarımız arasında mədəni əlaqələrin əhəmiyyətini vurğulamaq üçün bura toplaşmışıq. Ərəb poeziyasını və ya qədim ərəb əsərlərini oxuyan hər kəs həmişə Azərbaycanla bağlı məqamlara rast gəlir", - o bildirib.
Direktorun sözlərinə görə, akademiya azərbaycanlı tələbələrin və mütəxəssislərinin ərəb dilini öyrənməyə göstərdikləri marağı yüksək qiymətləndirir.
"Biz universitetlərin və təcrübəli müəllimlərin ciddi yanaşmasının şahidi oluruq və bu, əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycanda "Ərəb dili ayı"nın keçirilməsi uzunmüddətli əməkdaşlığın nəticəsidir. Biz daha dərin münasibətlərdə və müxtəlif proqramların həyata keçirilməsində maraqlıyıq", - o əlavə edib.
Oxşar xəbərlər
Rektor: Azərbaycanda son illər ərəb dilini öyrənənlərin sayı artıb
Rektor: BDU son illər bir sıra ərəb ölkələri ilə əməkdaşlığını genişləndirir
Səfir: Azərbaycanda 10 məktəb və 6 universitetdə ərəb dili tədris olunur
Səudiyyə Ərəbistanı səfiri: Azərbaycanda ərəb dilinə böyük maraq var
UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri: Dünyada digər dillər kimi, Türk dili Günü də qeyd edilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












