Səudiyyə Ərəbistanı səfiri: Azərbaycanda ərəb dilinə böyük maraq var
Orta əsrlərdə Azərbaycan alimləri, ədibləri və şairləri ərəb dilində dəyərli əsərlər yazaraq İslam mədəniyyətinin zənginləşməsinə böyük töhfə vermişlər.
Sizinxeber.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli BDU-da “Ərəb dili ayı”- nın açılış mərasimində deyib
“Sevindirici haldır ki, bu gün də Azərbaycanda ərəb dilinə böyük maraq var. Hazırda ölkədə 10 ümumtəhsil məktəbində 6 nüfuzlu universitetdə ərəb dili tədris olunur.
Biz inanırıq ki, ərəb dili mədəniyyətlər və xalqlar arasında körpü rolunu davam etdirəcək. O, bilik və elmlərə, kimliyin möhkəmlənməsinə, mədəni müxtəlifliyə, dialoqa və dünya sülhünə xidmət edəcək. Əlavə olaraq, ölkələrimiz və xalqlarımız arasında insani yaxınlaşmanı gücləndirəcəkdir”,- Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri qeyd edib.
Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetində “Ərəb dili ayı” nın açılış mərasimi keçirilib.Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə keçirilən tədbirdə 12 ərəb ölkəsinin səfiri, bir sıra universitetlərin rektorları və Azərbaycan XİN, Mədəniyyət nazirliyi, eləcə də Elm və Təhsil nazirliyinin rəsmi şəxsləri iştirak ediblər.
Oxşar xəbərlər
Səfir: Azərbaycanda 10 məktəb və 6 universitetdə ərəb dili tədris olunur
Rektor: Azərbaycanda son illər ərəb dilini öyrənənlərin sayı artıb
Rektor: BDU son illər bir sıra ərəb ölkələri ilə əməkdaşlığını genişləndirir
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
