Səfir: Azərbaycanda 10 məktəb və 6 universitetdə ərəb dili tədris olunur
Azərbaycanda ərəb dilinə böyük maraq qalmaqdadır.
“Report”un müxbiri xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Bakıda "Ərəb dili ayı"nın açılış mərasimində bildirib.
Onun sözlərinə görə, orta əsrlərdə azərbaycanlı alimlər, yazıçılar və şairlər ərəb dilində qiymətli əsərlər yaradaraq, İslam mədəniyyətinin inkişafına əhəmiyyətli töhfə veriblər.
"Sevindirici haldır ki, Azərbaycanda ərəb dilinə böyük maraq bu gün də qalmaqdadır: hazırda ərəb dili ölkənin 10 ümumtəhsil məktəbində və 6 aparıcı universitetində tədris olunur", - diplomat qeyd edib.
İssam bin Saleh əl-Cuteyli vurğulayıb ki, ərəb dili mədəniyyətlər və xalqlar arasında körpü rolunu oynamağa, biliyə və elmə xidmət etməyə, mədəni müxtəlifliyə, dialoqa və dünya sülhünə töhfə verməyə davam edəcək.
Oxşar xəbərlər
Rektor: BDU son illər bir sıra ərəb ölkələri ilə əməkdaşlığını genişləndirir
Rektor: Azərbaycanda son illər ərəb dilini öyrənənlərin sayı artıb
Muxtar Babayev Səudiyyə Ərəbistanının səfiri İssam bin Saleh əl-Cüteylini qəbul edib
UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri: Dünyada digər dillər kimi, Türk dili Günü də qeyd edilməlidir
Prezident: Sevindirici haldır ki, son illərdə Çində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi mərkəzləri yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












