Rektor: BDU son illər bir sıra ərəb ölkələri ilə əməkdaşlığını genişləndirir
Bakı Dövlət Universiteti (BDU) son illər bir sıra ərəb ölkələri ilə əməkdaşlığını genişləndirir.
"Report" xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi qədim tarixə dayanır: "Əsrlər boyu alimlərimiz bu dil vasitəsilə Azərbaycanın elmi irsini ərəb dünyasına yayıblar".
Rektor BDU-nun Şərqşünaslıq fakültəsinin işi barədə də məlumat verib: "Bu gün fakültədə ərəb dili və ərəb ədəbiyyatı tədris edilir. Tələbələrimizin bu sahədə daha da inkişafı üçün tədrisi genişləndiririk. Azərbaycan gəncləri xarici dil biliklərinə üstünlük verir, bu sırada ərəb dili də var. BDU son illər bir sıra ərəb ölkələri ilə əməkdaşlığını genişləndirir".
E.Babayev BDU olaraq, ərəb dilinin tədrisini inkişaf etdirmək və ərəb dünyası ilə əlaqələri gücləndirmək üçün ardıcıl addımlar atdıqlarını da söyləyib: "Əminik ki, bu fəaliyyət gənclərimizin elmi və peşəkar inkişafına, ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə xidmət edəcək".
Oxşar xəbərlər
Ərəb ölkələri Qəzzanı yenidən qurmaq üçün öz planlarını hazırlayır
Ərəb ölkələri Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təklifini rədd edib
UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri: Dünyada digər dillər kimi, Türk dili Günü də qeyd edilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
