Rektor: Azərbaycanda son illər ərəb dilini öyrənənlərin sayı artıb
Azərbaycanda son illər təhsil müəssisələrində ərəb dilini öyrənənlərin sayı artıb.
"Report" xəbər verir ki, bunu Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın Bakı Dövlət Universitetində (BDU) keçirilən açılış mərasimində deyib.
O qeyd edib ki, Azərbaycan və İslam mədəniyyəti ərəb dili vasitəsilə sıx inteqrasiya edilib:
"Müasir dövrdə bu dilin öyrənilməsi diplomatik, iqtisadi və turizm sahəsində önəmli faktora çevrilib".
Rektor əlavə edib ki, ərəb dilinin tədrisi həm tarixi-mədəni irsin qorunması, həm də beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir:
"Gələcəkdə bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək".
Oxşar xəbərlər
Rektor: BDU son illər bir sıra ərəb ölkələri ilə əməkdaşlığını genişləndirir
Səfir: Azərbaycanda 10 məktəb və 6 universitetdə ərəb dili tədris olunur
Azərbaycan Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığı müzakirə edib
UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri: Dünyada digər dillər kimi, Türk dili Günü də qeyd edilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
