Prezident: Sevindirici haldır ki, son illərdə Çində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi mərkəzləri yaradılıb
sizinxeber.az xəbər saytı

Prezident: Sevindirici haldır ki, son illərdə Çində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi mərkəzləri yaradılıb


Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafı bəyan edilib. Bununla yanaşı, biz dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirmişik.

“Sizinxeber.az”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır:

"Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb".

Prezident qeyd edib ki, iki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır:

"Əminəm ki, Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislər hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaq, iki xalqın yaxınlaşmasına və qarşılıqlı mədəni zənginləşməsinə xidmət edəcək".

Oxşar xəbərlər

Azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda təhsil alacaqlar
Dövlət Proqramı çərçivəsində 981 nəfər xaricdə təhsil alır
Azərbaycan Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verib
Ali məktəblərdə illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb
BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər