Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Marneulidə Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş sərgi keçirilib

Marneulidə Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş sərgi keçirilib

Marneuli İctimai Kitabxanasının həyətində Azərbaycan mədəniyyətinin ən qədim və unikal nümunələrindən biri olan xalçaçılıq sənətinə həsr olunmuş növbəti sərgi təşkil edilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirin əsas məqsədi Borçalı bölgəsinin xalçaçılıq ənənələrinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsidir.

Sərgidə yerli xalçaçılar, sənətsevərlər və müxtəlif mədəniyyət nümayəndələri iştirak ediblər. Marneuli Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalçaçılıq studiyasının üzvləri tərəfindən toxunmuş əl işləri sərgilənib. Tədbirdə, həmçinin xalça toxuma texnikaları, yun əyirmə və boyama prosesləri də əyani şəkildə nümayiş etdirilib.

Marneuli Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili bildirib ki, bu sərgi Azərbaycan xalçaçılıq sənətinin yaşadılması və bölgədə tanıdılması məqsədilə həyata keçirilən layihələrdən biridir.

“Bir neçə il əvvəl biz bu milli layihə ilə maraqlandıq və qərara gəldik ki, Mədəniyyət Mərkəzinin nəzdində Azərbaycan xalçaçılığı studiyası yaradaq. Əsas məqsədimiz bu zəngin mədəni irsin unudulmaması, nəsildən-nəslə ötürülməsidir. Burada yaşayan müxtəlif millətlərin də Azərbaycan xalçaçılığı haqqında məlumatlarını artırmaq istəyirik”, - deyə o bildirib.

Sərgidə xalçaçı-rəssam Nabat Anazarovanın əl işləri də böyük maraqla qarşılanıb. Onun anasından və nənəsindən miras qalan, yaşı 100-dən çox olan Qazax-Borçalı üslubunda toxunmuş xalçalar sərginin diqqətçəkən eksponatları olub.

Tədbirə xüsusi rəng qatanlardan biri də tanınmış aşıq Nərgilə Mehtiyeva olub. O, saz ifası ilə xalça sərgisinin ruhunu tamamlayaraq qədim Borçalı mədəniyyətini musiqi və sənətin ahəngində təqdim edib.

Sərginin əhəmiyyətini vurğulayan təşkilatçılar qeyd ediblər ki, bu layihə xalçaçılığın təkcə keçmişə aid sənət deyil, bu gün də Gürcüstanda yerli mədəniyyətlə yanaşı yaşadığını göstərir. Əsrlərdir toxunan bu xalçalar torpağın yaddaşını, xalqın tarixini daşıyır və onları yaşatmaq gələcək nəsillər qarşısında tarixi bir borcdur.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !