Azərbaycan Kabildə Peşəkar Xalçaçılıq Mərkəzinin yaradılmasını maliyyələşdirib
Əfqanıstanın paytaxtı Kabildə xalçaçılıq üzrə texniki və peşəkar hazırlıq mərkəzi açılıb, layihə Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) tərəfindən maliyyələşdirilib.
Bu barədə “Sizinxeber.az” Əfqanıstan KİV-inə istinadən xəbər verir.
Mərkəz AIDA tərəfindən maliyyələşdirilən və İslam Əməkdaşlıq Təşkilatının (ECO) Kabildəki missiyası tərəfindən Əfqanıstanın Əmək və Sosial Məsələlər Nazirliyi (MoLSA) ilə birgə həyata keçirilən "Ənənəvi əfqan sənətinin inkişafı" təşəbbüsünün əsas komponentidir.
"Layihə əfqan qadınlarına iqtisadi imkanları genişləndirmək və ənənəvi əfqan sənətkarlığını qorumaq məqsədi ilə xalçaçılıq üzrə peşəkar təlim keçməyi hədəfləyir", - KİV qeyd edib.
Mərkəzin açılış mərasimində ECO-nun Kabil missiyasının baş direktoru Mohammad Said Əl Ayyaş, Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov və Əfqanıstanın rəsmi şəxsləri iştirak ediblər.
"Bu təşəbbüs qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsinə və Əfqanıstanın mədəni irsinin qorunmasına ümumi sadiqliyimizi əks etdirir", - Əl Ayyaş bildirib.
Qeyd edək ki, xalçaçılıq Əfqanıstanın ən vacib sənaye sahələrindən biridir.
Oxşar xəbərlər
Azərbaycan Əfqanıstanda xalçaçılıq mərkəzinin yaradılmasını maliyyələşdirəcək
Kabildə Özbəkistan, Əfqanıstan və Pakistan XİN başçılarının ilk üçtərəfli görüşü keçirilib
Bakı və Kabil "Lazurit" nəqliyyat dəhlizinin inkişafını müzakirə edib
Trans-Əfqan dəmir yolunun TİƏ-sinin hazırlanmasına dair saziş imzalanacaq
Azərbaycan səfiri Əfqanıstanın Ətraf Mühit Agentliyinin rəhbəri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













