Qız Qalası meydanında “Vyetnam Günləri”nə həsr olunan mədəni-əyləncəli proqram keçiriləcək
sizinxeber.az xəbər saytı

Qız Qalası meydanında “Vyetnam Günləri”nə həsr olunan mədəni-əyləncəli proqram keçiriləcək


Bakıda 25–30 iyul tarixlərində “Vyetnam Günləri” keçiriləcək, xüsusi proqram təşkil olunacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirləcək tədbir iki qədim Şərq mədəniyyətini bir araya gətirəcək.

İyulun 27-də isə Qız Qalası meydanında xüsusi mədəni-əyləncəli proqram baş tutacaq.

Meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərləri sərgilənəcək, milli qadın geyimi Ao Zai nümayiş olunacaq. Eyni zamanda, qonaqlar üçün əl işlərinin satış-sərgisi də təşkil olunacaq.

Oxşar xəbərlər

Bakıda “Vyetnam Günləri” keçiriləcək
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib
Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri vəzifəsindən çıxarılıb
Qala Qoruğu “Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası”na üzv seçilib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Aparat rəhbəri təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər