Qala Qoruğu “Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası”na üzv seçilib
sizinxeber.az xəbər saytı

Qala Qoruğu “Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası”na üzv seçilib


Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyasına (EXARC) üzv qəbul edilib.

Bununla bağlı "Sizinxeber.az"a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, Danimarka Krallığında təsis edilən EXARC təşkilatının hazırda 432 üzvü var. Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası, eyni zamanda Beynəlxalq Muzeylər Şurasının tərəfdaşı və Avropa Muzey Təşkilatları Şəbəkəsinin üzvüdür.

İdarənin məlumatına görə, Qala Qoruğunun bu təşkilatda təmsil olunması Azərbaycanın əsrlər boyu məişətinin və yaşam tərzinin, eyni zamanda tarixinin və mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ edilməsi, həmçinin Qalanın dünyada tandılması baxımından əhəmiyyətlidir. Qala Qoruğu barədə məlumatlar artıq təşkilatının rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, 1988-ci ildə yaradılan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzini, kurqanlar, sərdabələr, yaşayış evləri, qəsr, məscidlər və hamamlar da daxil olmaqla, ərazidə mövcud tarixi abidələri və artefaktları qoruyub-saxlamaq məqsədilə yaradılıb. Qədim sənət növləri burada orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə olunur.

Oxşar xəbərlər

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi turistlərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə PKK-nın Fransa qolunun aktiv üzvü saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mak’TAB beynəlxalq müsabiqənin qalibi olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: "Türkiyənin 100 illiyi bütün türk dünyası üçün qürur mənbəyidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun sərhədləri və mühafizə zonası təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər