“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Aparat rəhbəri təyin edilib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsinə təyinat olub.
"Report" xəbər verir ki, bu vəzifəyə təyin olunan 1978-ci ildə Bakı şəhərində anadan olan Fuad Xəlilov Azərbaycan Dövlət Neft Akademiyasını “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2000-ci ildə bank sektorunda başlayaraq “Nikoil Bank”, “Bank Standard” və “Standard Insurance ASC” kimi maliyyə qurumlarında məsul və rəhbər vəzifələrdə çalışıb.
2017–2025-ci illərdə telekommunikasiya sahəsində fəaliyyətini davam etdirən F.Xəlilov “Bakcell” və “Azerconnect Group”da B2B satış və məhsul idarəetməsi sahələrinə rəhbərlik edib.
2020-ci ildə Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri vəzifəsində fəaliyyət göstərərək dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.
Oxşar xəbərlər
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib
İntiqam Babayev Mədəniyyət Nazirliyində şöbə müdiri təyin olunub
Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri vəzifəsindən çıxarılıb
Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
