Şəhid Nurlan Mustafayev haqqında hazırlanan "Vətənə bağlı ömür" filmi təqdim edilib
- 18-07-2025, 18:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 6 815
Şəhid Nurlan Mustafayev haqqında hazırlanan "Vətənə bağlı ömür" filmi təqdim edilib.
"Report" xəbər verir ki, şəhidin anadan olmasının 35 illiyinə həsr edilmiş film Qərbi Azərbaycan İcmasının (QAİ) Çəmbərək rayonu Gölkənd kənd icması tərəfindən hazırlanıb.
Ekran işində "Azərbaycan bayrağı" ordenli kapitan Nurlan Mustafayevin həyatı və döyüş yolu, Vətən müharibəsindən kadrlar əks olunub.
Şəhidin anası Rahilə Ramazanova bildirib ki, həyatını oğlunun adının yaşamasına, xatirəsinin əbədiləşdirilməsinə həsr edir:
"Övlad acısını ifadə etməyə söz yoxdur. Hər şəhidin arxasınca bir ana da şəhid olur. Biz şəhid anaları acımızı içimizə ataraq Vətən uğrunda özünü fəda edən oğullarımızı fəxrlə, qürurla anırıq".
Gölkənd kənd İcmasının sədri Tanrıverdi Mustafayev bildirib ki, Nurlan Mustafayev 30 illik ömründə 100 ilin hekayəsini, qəhrəmanlığını özündə yaşadıb:
"Nurlanın ata-babaları Qaraqoyunlu dərəsinin Çəmbərək rayonunun Gölkənd kəndindən olub. Bizim həmin kəndimizdən Birinci və İkinci Qarabağ müharibələrində Nurlan Mustafayevlə birlikdə ümumilikdə 20-yə yaxın şəhidimiz var. Biz onlarla qürur duyuruq".
Deputat Arzuxan Əlizadə isə deyib ki, Azərbaycan torpaqlarını sülh yolu ilə qaytarmaq istədi. Amma nəticə etibarı ilə Nurlan Mustafayev kimi oğulların hesabına müharibədə zəfər qazandı:
"Bu dövlət Nurlan kimi igidləri yetişdirmək üçün çalışdı. Sonda isə qələbə qazandıq. Biz qəhrəmanlarımızla qürur duyuruq".
Xatırladaq ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.
O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.



width="220" alt="Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən Möhübbət Mustafayevin qalıqları dəfn olunub - FOTO" />
width="220" alt="Şəhid atası vəfat etdi" />
width="220" alt="Azərbaycanlı şəhidin erməni anası" />
width="220" alt="Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />