İDEA Bakıda mozaikaların bərpasını davam etdirir - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin bir çox ərazilərində, o cümlədən Nərimanov rayonu, “Ulduz” metro stansiyasının yaxınlığında yerləşən keçmiş Bakı Şin Zavodunun fasadını bəzəyən nadir monumental sənət nümunəsi olan mozaikanın bərpası üzrə genişmiqyaslı işlər həyata keçirilib.
Sizinxeber.az xəbər verir ki, artıq Bakının bir neçə məkanında – Nəsimi rayonunda, Tbilisi prospekti 54 ünvanında, Xəzər rayonunda Zaqulba prospektində yerləşən sanatoriyanın yaxınlığında, eləcə də Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən monumental mozaika nümunələri də bərpa olunub.
Bu işlər bir sıra digər ünvanlarda da davam etdirilir. Bu layihə paytaxtın mədəni həyatında yeni bir səhifə açaraq, zamanın itirilmiş nəfəsini şəhər sakinlərinə və gələcək nəsillərə qaytarır. Beləliklə, mozaika şəhərimizin canlı bədii elementi kimi keçmişlə gələcəyin, sənətlə gündəlik həyatın, sənaye tarixi ilə müasir ekoloji şəhərsalmanın arasında körpü rolunu oynayır.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda mozaika kompozisiyalarının restavrasiya aparılacaq
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












