Əməkdar artist: Bəzi aktyorlar aləmi bir-birinə qataraq fəxri ad alıblar
Bəzi aktyorlar teatrı tənqid edərək, aləmi bir-birinə qataraq fəxri ad alıblar.
Bu fikirləri "Sizinxeber.az"a müsahibəsində Əməkdar artist Mirzə Ağabəyli deyib.
Onun sözlərinə görə, fəxri ad məsələsi həmişə problemli olub:
"Burada elə aktyorlar olub ki, ad vermirdilər, gedib televizorda teatr haqqında nə gəldi, necə gəldi, danışırdı, tənqid edirdi, aləmi qatırdı bir-birinə. Nəticədə, tez-bazar götürüb ad verirdilər ona. O vaxt da belə idi, indi də, gərək üzün olsun, gərək üzə salasan".
Aktyor fəxri adın onun üçün o qədər də əhəmiyyətli olmadığını bildirib:
"Mənim üçün ad əsas deyil. Qətiyyən. Amma bəzən baxırsan ki, haqsızlıqlar olur. Kiminsə irili-xırdalı, dəxilli-dəxilsiz çəkildiyi bütün filmlərin siyahısını dərc edirlər, aparıb verirlər lazımi yerlərə və ad alırlar".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Əməkdar artist Mirzə Ağabəyli: Bu gün Azərbaycan kinosunda rejissor çatışmazlığı var
Mirzə Ağabəyli: Filmdə Baladadaşın başındakı papaq mənimdir, özümü bəyənmədilər, papağımı çəkdilər - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
