Azərbaycan Dövlət Pantomim Teatrı Qırğızıstanda qastrolda olub
sizinxeber.az xəbər saytı

Azərbaycan Dövlət Pantomim Teatrı Qırğızıstanda qastrolda olub


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pantomim Teatrı 22-25 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində qastrol səfərində olub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Pantomim Teatrı Termeçikov adına Milli Dram və Satira Teatrının səhnəsində rejissor Ceyhun Dadaşovun quruluşunda qırğız ədibi Çingiz Aytmatovun “Əsrə bərbabər gün” romanı əsasında “Manqurt” və Bəhruz Vaqifoğlunun quruluşunda Hüseyn Cavidin “İblis” əsəri əsasında hazırlanmış tamaşalar ilə çıxış edib.

Qastrol səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Moldobasanov adına Qırğızıstan Milli Konservatoriyası, Milli Tarix Muzeyi, Aytiev adına Milli Təsviri İncəsənət Muzeyi və İzibaev adına Qırğızıstan Dövlət Sirki ilə tanış olub.

Oxşar xəbərlər

Mehriban Əliyeva və ailə üzvləri Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar - FOTO
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub - FOTO
Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər - FOTO
"Azdrama" Belarus Milli Akademik Teatrı ilə memorandum imzalayıb
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər