"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib
Heydər Əliyev Mərkəzində "Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır.
Film orta əsrlərdə yaşamış türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir.
Ekran əsərinin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır.
Prodüserlər İlqar Mehti, Sərvər Bayramov və Türkiyədən “İkinciYeniFimi” təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.
Orta əsr Azərbaycan tarixinin ən parlaq dövrlərini canlandıran bədii-sənədli filmdə, dünya şöhrətli döyüşçü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırıb, İlqar Mehti isə Qara Sunqur kimi ekrana çıxır.
Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə Xatun), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə Xatun), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan Şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir Əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər dəyərli sənətçiləri yer alır.
Qeyd edək ki, filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.
Oxşar xəbərlər
"Azərbaycan Atabəyləri" bədii-sənədli filminin qala gecəsi keçirilib - FOTO
İsveçdə "Nuhun izləri" sənədli filminin təqdimatı olub
Orxan Fikrətoğlu: “Nazirlik və ARKA hər zaman Qarabağ müharibəsinə həsr olunan layihələri diqqətdə saxlayır”
Heydər Əliyevin Türk dünyası ölkələrinə səfərlərindən bəhs edən sənədli filmin təqdimatı olub
"Tağıyev" filminin çəkilişləri başa çatıb, premyerası olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib
-
Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"
-
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
-
“Reuters” Avropada yeni iqtisadi böhran təhlükəsi barədə xəbərdarlıq edib
-
20 Yanvar faciəsinin 35 illik naməlum qəhrəmanları - FOTO
-
İngiltərə Premyer Liqası: “Mançester Siti” “İpsviç”i darmadağın edib