"Visa" rəsmisi: "Yeni tendensiyalar maliyyə resurslarına tələbat yaradır"
Dünyada maliyyə nöqteyi nəzərindən əsas məsələlərdən biri yeni tendensiyalarla bağlıdır və onlar maliyyə resurslarına tələbat yaradır.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Visa" beynəlxalq kart təşkilatının Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") təşkilatçılığı ilə keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.
"Yeni tendensiyalardan biri elektrikli nəqliyyat vasitələri bazarının böyüməsidir. 2028-ci ildə bu bazarın qlobal dəyərinin 900 milyard ABŞ dolları olacağını gözləyirik. Bundan başqa, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2030-cu ilə qədər nəqliyyat vasitələrinin 75 %-nin elektriklə çalışacağını proqnozlaşdırır. Kənd təsərrüfatı, eləcə də kobilliklə, kommunal xidmətlərlə bağlı da müxtəlif yanaşmalar var. Bütün bunlar yeni tələblər yaradır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
"Visa" Yay Olimpiya Oyunlarında bazara yeni təmassız məhsul çıxaracaq
AMB: Ölkədə "yaşıl maliyyə" ilə bağlı boşluqlar var
AMB: "Yaşıl maliyyələşmə" ilə bağlı müəyyən stimullar yaratmalıyıq
Dünya Bankı: "Azərbaycanda kənd təsərrüfatında məhsuldarlıq 20 % artacaq"
BFB: İnstitusional investorlar uzunmüddətli istiqrazlara investisiya qoymur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













