Tamara Sinyavskayaya Prezidentin fəxri diplomu təqdim edilib
Avqustun 28-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində görkəmli opera müğənnisi, Rusiyanın, Azərbaycanın və SSRİ-nin Xalq artisti Tamara Sinyavskaya ilə görüş keçirilib.
Mədəniyyət Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, naziri Adil Kərimli sənətkarın yaradıcılıq yolundan danışıb, onun opera tamaşalarında yüksək sənətkarlıq nümayiş etdirdiyini bildirib.
Diqqətə çatdırılıb ki, əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin ömür-gün yoldaşı olan T.Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliğinə də töhfələr verib. Müğənninin bu sahədəki fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilib. O, ötən il Prezident İlham Əliyevanın müvafiq sərəncamları ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Sonra həmin dövlət təltifləri təntənəli şəkildə sənətkara təqdim olunub.
Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin təşəkkürünü bildirib.
Sonda sənətkarla xatirə şəkilləri çəkdirilib.
Oxşar xəbərlər
Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maestro Niyazinin məzarı ziyarət edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Niyazi-112" sərgisinin açılışı olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Adil Kərimli serbiyalı həmkarı ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












