Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır
Xalq artisti, professor Arif Babayevin vəziyyəti ağır olaraq qalır.
Bu barədə APA-ya Mərkəzi Klinikanın Mətbuat xidmətinin rəhbəri Elşən Şükürov məlumat verib.
Onun sözlərinə görə, Arif Babayev dünən axşam xəstəxanaya gətiriləndən bəri reanimasiya şöbəsindədir:
"Hələlik vəziyyəti ağır olaraq qiymətləndirilir. Vəziyyətində ciddi dəyişiklik müşahidə olunmur”.
Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Oxşar xəbərlər
Xalq artisti Arif Babayevin son vəziyyəti açıqlanıb - YENİLƏNİB 1
Xalq artisti Arif Babayev Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır
Arif Babayev Bakıya gətirilib, vəziyyəti ağır olaraq qalır
Xalq artisti Arif Babayevin vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













