Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisi açılıb
sizinxeber.az xəbər saytı

Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisi açılıb


Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı olub.

Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, sərginin nümayişindən əvvəl “East or West” musiqi qrupunun ifası dinlənilib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov sərginin məqsədindən söhbət açıb. Nazir müavini bildirib ki, gənc rəssamların yaradıcılıq axtarışlarını dəstəkləmək əsas amildir.

Xalq rəssamları Arif Hüseynov və Ömər Eldarov sərgidə təqdim olunan əsərlər barədə danışaraq gənc rəssamlara uğurlar arzulayıblar.

Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi sentyabrın 3-dək davam edəcək.

Oxşar xəbərlər

Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində sərgisi açılıb
“Yerli şirkətlərin tanıtım sərgisi”ndə 300-ə yaxın Azərbaycan şirkəti məhsullarını təqdim edəcək
Bakıda yerli şirkətlərin 6-cı tanıtım sərgisi keçiriləcək
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər