Sizinxeber.az » İqtisadiyyat » Biznes » “Yerli şirkətlərin tanıtım sərgisi”ndə 300-ə yaxın Azərbaycan şirkəti məhsullarını təqdim edəcək

“Yerli şirkətlərin tanıtım sərgisi”ndə 300-ə yaxın Azərbaycan şirkəti məhsullarını təqdim edəcək

İyunun 18-21-də Bakı Ekspo Mərkəzində 6-cı dəfə baş tutacaq “Yerli şirkətlərin tanıtım sərgisi”də 300-ə yaxın yerli şirkət məhsul və xidmətlərini nümayiş etdirəcək.

"Report" xəbər verir ki, bunu sərgi ilə bağlı təşkil edilmiş brifinqdə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümmətov deyib.

Onun sözlərinə görə, sərgi qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak edəcəklər: “Bu şirkətlər həm istehsal, həm idxal, həm də ixrac sahəsində fəaliyyət göstərirlər".

“Marsol Group”un nümayəndəsi Tural Mustafayev qeyd edib ki, sərginin əsas məqsədlərindən biri iştirakçı şirkətlər üçün real və effektiv nəticələr əldə etməkdir: “Özbəkistandan 100 nəfərə yaxın iş adamları gələcək. Bu da tədbirin beynəlxalq əhəmiyyətini bir daha sübut edir. Bu il sərginin ikinci zonasında B2B görüşləri üçün zona yaratmışıq. Burada sərgidə iştirak edən şirkət rəhbərləri ilə iri holdinqlərin və təşkilatların rəhbərlərinin görüşləri təşkil olunacaq. Bu görüşlər çərçivəsində dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri və müxtəlif sahələrin rəhbərləri bir araya gələcək. Bu təşəbbüs ilk dəfə həyata keçirilir və ümid edirik ki, nəticələri daha uğurlu olacaq".

O qeyd edib ki, ötən il sərgidə 21 600 ziyarətçi iştirak edib və bu il bu rəqəmi daha da artırmaq hədəflənir.

Xatırladaq ki, sərgi KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək. Builki sərginin tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !