Rövşən Rüstəmov: “Azərbaycan dəmir yollarının 63 %-i elektrikləşdirilib”
Hazırda Azərbaycan dəmir yollarının 63 %-i elektrikləşdirilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Rhenus Logistics” beynəlxalq logistika xidmətləri şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Qitələri birləşdirən yol: İpək Yolu boyunca davamlı nəqliyyat və logistika – Avropa və Latın Amerikası” adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə sərnişinlərin 100 %-nin, yüklərin isə 80 %-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.
Panel müzakirələrində çıxış edən R. Rüstəmov ADY-nin son iki ildə ətraf mühitə mənfi təsirlərin, o cümlədən karbon emissiyalarının azaldılması istiqamətində əldə etdiyi nailiyyətlərə toxunub. Bildirib ki, rəqəmsal həllərin tətbiqi sayəsində Çindən Orta Dəhlizlə Avropaya və əks istiqamətə yüklər daha sürətlə daşınır: “Dəniz marşrutları ilə müqayisədə Orta Dəhlizlə yüklər 3 dəfə daha sürətlə çatdırılır”.
ADY sədri Orta Dəhlizin əsas halqalarından olan Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşmə nəticəsində bu ilin mayından tam gücü ilə işlədiyini və buraxılış gücünün illik 5 milyon tonadək artdığını bildirib.
Oxşar xəbərlər
Rövşən Rüstəmov: "Azərbaycanda karbon qazı emissiyasının 0,5 %-dən az hissəsi dəmir yollarının payına düşür"
Rövşən Rüstəmov: "Stadler"in Bakıda inşa etdiyi Regional Servis Mərkəzi 2026-ci ildə istifadəyə veriləcək"
ADY karbon emissiyalarını azaltmaq üçün gördüyü tədbirləri açıqlayıb
Rövşən Rüstəmov: "Bakı-Balakən istiqamətində sürətli qatar istifadəyə veriləcək"
ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu













