Nazir: “Azərbaycana idxal olunan elektrikli və hibrid avtomobillərin payı 2 dəfə artıb”
Azərbaycana idxal olunan nəqliyyat vasitələri arasında elektrikli və hibrid nəqliyyat vasitələrinin payı təxminən iki dəfə artıb.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da keçirilən İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində keçirilən “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.
Onun sözlərinə görə, son bir neçə ildə Azərbaycan hökuməti ekoloji təmiz motorlu nəqliyyat vasitələrinin tədarükünü stimullaşdırmaq üçün ƏDV və gömrük rüsumlarından azad olma daxil olmaqla tədbirlər həyata keçirib: “Bu stimullar idxal olunan nəqliyyat vasitələri arasında elektrikli və hibrid nəqliyyat vasitələrinin payının 10,5 %-dən təxminən 20 %-ə qədər, demək olar ki, iki dəfə artmasına səbəb olub", - o vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanda elektrikli mühərrikli nəqliyyat vasitələrinin sayı 60% artıb
PA rəsmisi: "Azərbaycan iqlim dəyişikliyində nəqliyyat sektorunun əsas rolunu dərk edir"
Azərbaycan avtomobil idxalını 10 %-dən çox azaldıb
Azərbaycan avtomobil idxalını 9 % azaldıb
Azərbaycan avtomobil idxalını 10 % azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı












