Metan qazının yayılmasının qarşısının alınması təşəbbüsünə 160 ölkə qoşulub
"Biz iqlim dəyişikliyi sayəsində dayanıqlılığı təmin etməklə xüsusilə də metan qazının yayılmasının qarşısının alınması istiqamətində bütün imkanlardan istifadə etməyə çalışırıq".
Sizinxeber.az xəbər verir ki, bunu COP29 Prezidentliyinin mətbuat konfransında COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.
O deyib ki, bundan öncə keçirilən iqlim sammitlərində bu istiqamətdə müəyyən nəticələr əldə olunub.
Y. Rəfiyevin sözlərinə görə, hazırda Azərbaycan da daxil olmaqla, 160 ölkə bu zərərli qazın yayılmasının qarşısının alınması təşəbbüsünə qoşulub: "Bu öhdəliyin icrası üçün biz metan tullantılarının yayılmasına rəvac verən bütün mənbələri diqqətlə nəzərdən keçirməliyik. Hazırda SOCAR da daxil olmaqla, 50 şirkət neft və qazın dekarbonizasiyası üzrə təşəhhüsə qoşulub. Onu da diqqətə çatdırım ki, 2022-ci ildə qida tullantıları atmosferə buraxılan istixana qazlarının 110 faiz təşkil edib. Bu günə olan məlumata görə 30-dan çox ölkə artıq metan qazı tullantılarının məhdudlaşdırılması haqqında bəyannaməyə qoşulduğunu elan edib. Onların arasında bu növ tullantıların atılması həcminə görə ilk 10 ölkə sırasında yer alan dövlətlər var. Bu sənəd cari ildə bu sahədə görülə biləcək daha geniş spektrli tədbirləri müəyyən edir".
Oxşar xəbərlər
Muxtar Babayev: Metan emissiyalarının 20 %-i tullantı sektorunun payına düşür
Yapon nazir müavini: Azərbaycan COP29-un uğurla keçirilməsi üçün əlindən gələni əsirgəmir
Muxtar Babayev: COP29-un sədrliyi metan emissiyalarını azaltmaq üçün səyləri inkişaf etdirməyi hədəfləyir
COP29-un baş danışıqçısı fransalı nazirin Bakıya səfərini ləğv etməsinə münasibət bildirib
Türkiyəli prokuror: Təbiətə vurulan ziyanın qarşısının alınması üçün hüquqi tənzimlənmə tədbirlərinə ehtiyac var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"












