Türkiyəli prokuror: Təbiətə vurulan ziyanın qarşısının alınması üçün hüquqi tənzimlənmə tədbirlərinə ehtiyac var
sizinxeber.az xəbər saytı

Türkiyəli prokuror: Təbiətə vurulan ziyanın qarşısının alınması üçün hüquqi tənzimlənmə tədbirlərinə ehtiyac var


"Təbiətə vurulan ziyanın qarşısının alınması üçün hüquqi müstəvidə tənzimlənmə tədbirlərinə ehtiyac var".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk deyib.

O, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasını təbiətə antropogen təsirlərdən vurulan ziyanın qarşısı almaq üçün effektiv platforma adlandırıb:

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının Azərbaycanda keçirilməsi böyük bir uğurdur. Bildiyimiz kimi, bu konfransda 197 ölkədən 70 min nəfər iştirak edir. Bu toplantının əhəmiyyəti insanların təbiətə vurduqları ziyanın qarşısının alınması yollarının müzakirəsi üçün bir platforma olmasındadır. Təbiətə vurulan ziyana yalnız hüquq müstəvisində cavab verilə bilər. Hesab edirəm ki, təbiətin qorunması üçün beynəlxalq səviyyədə əməkdaşlıq çox önəmlidir"

Oxşar xəbərlər

Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır
Yapon nazir müavini: Azərbaycan COP29-un uğurla keçirilməsi üçün əlindən gələni əsirgəmir
COP29-un Prezidenti: Qobal iqlim məqsədlərinə nail olmaq imkanları genişdir, sadəcə həmrəyliyə ehtiyac var
İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının gündəliyi təsdiq edilib
"Qazaxıstan, Özbəkistan və Azərbaycan "yaşıl enerjinin" ixracı üzrə də razılıq əldə edib".

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər