ÜST: 2050-ci ilədək iqlim dəyişikliyindən ölüm halları ildə 250 minə çata bilər
sizinxeber.az xəbər saytı

ÜST: 2050-ci ilədək iqlim dəyişikliyindən ölüm halları ildə 250 minə çata bilər


ÜST 2050-ci ilədək iqlim dəyişikliyi fonunda xəstəliklərin artması nəticəsində ölüm hallarının ildə təxminən 250 minə çatacağını proqnozlaşdırır.

“Sizinxeber.az”un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktorunun köməkçisi Aylan Li bildirib.

Onun sözlərinə görə, əgər beynəlxalq ictimaiyyət heç bir tədbir görmədən adi həyat tərzini davam etdirərsə, vəziyyət daha da pisləşəcək: "İqlim dəyişikliyi dövrümüzün sağlamlıq və dayanıqlı inkişaf üçün ən böyük təhlükələrindən biridir".

Bundan əlavə, Aylan Li Azərbaycanın COP29-a sədrlik etməsini yüksək qiymətləndirib. O bildirib ki, beynəlxalq ictimaiyyətin fəal əməkdaşlığına və səhiyyə sistemlərinin dayanıqlılığı üzrə iqlim təşəbbüslərinin tez bir zamanda həyata keçirilməsinə ümid edir.

Oxşar xəbərlər

Dünya Bankı iqlim dəyişikliyinin kənd təsərrüfatına və sağlamlıq xərclərinə təsirini qiymətləndirib
Cerard Hou: İqlim dəyişikliyi təhlükəli xəstəliklərin yayılmasına səbəb olur
İqlim dəyişikliyinin maliyyə sektoruna vurduğu zərərlərin məbləği açıqlanıb
Teymur Musayev: İqlim dəyişikliyinin nəticələri səhiyyə sisteminin dayanıqlılığını təhdid edir
Teymur Musayev: ATU-da "İqlim dəyişikliyi və sağlamlıq" fənninin tədrisinə başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər