İqlim dəyişikliyinin maliyyə sektoruna vurduğu zərərlərin məbləği açıqlanıb
Dünya Bankının hesablamalarına görə, 2023-cü ildə iqlim dəyişikliyi ilə bağlı risklər qlobal kapital bazarlarına 300 milyard ABŞ dolları zərər vurub.
"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində sığorta sektoru da ciddi təsirinə məruz qalıb: "2021-ci ildə iqlimlə bağlı hadisələrə görə sığorta ödənişləri 120 milyard ABŞ dolları olub".
"İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panel (Intergovernmental Panel on Climate Change - IPCC) hesab edir ki, iqlim dəyişikliyinə nəzarət edilməzsə, 2100-cü ilə qədər qlobal ümumi daxili məhsul 3 %-ə qədər azala bilər. Bəzi hesablamalara görə, 2050-ci ilə qədər iqlim dəyişikliyi dünya iqtisadiyyatına ildə 2,5 trilyon ABŞ dolları ziyan vuracaq. İqlim dəyişikliyi səbəbindən yaranan səhiyyə problemləri isə 2030-cu ilə qədər dünya iqtisadiyyatına ildə 2-4 milyard ABŞ dolları ziyan vuracaq", - deyə nazirlik rəsmisi əlavə edib.
Oxşar xəbərlər
UNICEF rəsmisi: İqlim dəyişikliyinin uşaqlara təsiri böyükdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cennifer Sara: "Dünya Bankı bu il maliyyəsinin 45 %-ni iqlim dəyişikliyi ilə mübarizəyə ayıracaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
2025-2030-cu illərdə iqlim dəyişmələrinin yaradacağı maliyyə çatışmazlığı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqtisadiyyat naziri: "Yaşıl iqtisadiyyat”ın inkişafı zəruri olub" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünyadakı inkişaf banklarının iqlim dəyişikliyi ilə mübarizəyə ayırmaları rekord həddə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












