COP29-da Paris Sazişinin 6.8-cı maddəsində istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul edilib
Noyabrın 18-də COP29 çərçivəsində Tərəflər Paris Sazişinin 6-cı maddəsinin 8-ci paraqrafında istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul ediblər.
Sizinxeber.az xəbər verir ki, 6.8-ci maddə qeyd olunan yanaşmalar vasitəsilə Tərəflərə milli iqlim planlarını, o cümlədən mitiqasiya və adaptasiya üzrə planların həyata keçirilməsi və davamlı inkişafın təşviqi imkanı yaradır.
COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsini əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu maddə ölkələrin iqlim hədəflərinə çatmaq üçün əməkdaşlıq zamanı etibarlı və şəffaf karbon bazarlarının təmin edilməsini nəzərdə tutur. Həmin maddəyə uyğun bazarlar inkişaf etməkdə olan ölkələrə daha çox investisiya yönəltmək üçün önəmli vasitədir. 6-cı maddənin tam şəkildə tətbiqi ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi üçün sərf etdikləri vəsaiti ildə təxminən 250 milyard ABŞ dolları azalda bilər.
Xatırladaq ki, COP29-un ilk günündə - noyabrın 11-də Paris Sazişinin 6.4-cü maddəsinə uyğun olaraq, Tərəflər karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəliblər. Bu, beynəlxalq karbon bazarının BMT-nin nəzarəti altında fəaliyyət göstərməsini təmin edəcək. Sözügedən standartlar beynəlxalq karbon bazarının yüksək etibarlılığına və emissiyaların azaldılmasına imkan verəcək.
Oxşar xəbərlər
COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə məsləhətləşmələr keçirilib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi ilə Anlaşma Memorandumu təsdiqlənib
BMT-nin Baş katibinin müavini: COP29-da ədaləti təmin etməliyik ki, heç bir ölkə kənarda qalmasın
İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının gündəliyi təsdiq edilib
Beynəlxalq Karbon Fəaliyyəti Tərəfdaşlığı: Azərbaycanın da COP-a ev sahibliyi etməsi xoşdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













