Assosiasiya sədri: "Kənd qadınlarının aqrar istehsalının inkişafına hərtərəfli yanaşma lazımdır"
Kənd qadınlarının kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına hərtərəfli və razılaşdırılmış yanaşma lazımdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova COP29 çərçivəsində keçirilən "AgriFuture 2024”: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına təsiri mövzusunda panel müzakirələrində deyib.
Onun sözlərinə görə, əgər orqanik qida istehsalını irəli aparmaq, rəqəmsallaşma ilə yanaşı biomüxtəlifliyi qorumaq istəyiriksə, ərazidəki bütün əlaqədar təşkilatlar qadın fermerlərə əl uzatmaq üçün eyni hədəfə sahib olmalıdırlar: “Ümid edirik ki, qadın fermerlərin etibar etdiyi və iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizədə özlərinə güvənən dəyişikliklər yaradan həlləri birgə yarada bilərik. İstənilən təşəbbüs təqdir olunur. Ağıllı və iqlimə davamlı kənd təsərrüfatı üçün qadın fermerlərin özünə inamına sərmayə qoymaq lazımdır".
G. Qənbərova deyib ki, kənd təsərrüfatı ilə məşğul olan qadınların cəmiyyətdəki sosial məsuliyyəti birbaşa ekoloji problemlərlə bağlıdır: “Onlar suvarılmayan torpaqların suvarma suyu ilə təminatına töhfə verir və əkin sahələrinin həcmini artırır. Tovuz rayonunda yerləşən Qadın kooperativlərinin üzvləri təbii və dadlı yerli kartof sortunu yetişdirə bilməyib. Çünki digər modifikasiya edilmiş sortlar 6 dəfə suvarıldığı halda, bu növ 8 dəfə suvarma tələb edir. Beləliklə, həll yolu damcı suvarmadır”.
O qeyd edib ki, bununla biomüxtəliflik qorunur: “Bərdə rayonunda Qadın Kooperativi tərəfindən pomidor, badımcan, bibər, bostan və digər tərəvəz tingləri yetişdirilərək satışa çıxarılır: “Goranboy, Beyləqan, Zaqatala və Balakəndə toxum istehsalçısı qadın qrupları Azərbaycanın biomüxtəliflik sərvətini uğurla qoruyur".
Oxşar xəbərlər
Azərbaycanda Fermer Qadınların Respublika Platformasının yaradılması təklif edilib
FAO: Kənd təsərrüfatı olmadan karbon qazının təsirlərinin azaldılması hədəfinə çatmaq mümkün olmayacaq
CGİAR rəsmisi: “İqlim dəyişikliyi ilə mübarizədə əsaslı sərmayələrə ehtiyac var”
Nazir: "COP29-da iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq"
Məcnun Məmmədov: “COP29-dakı iqlim müzakirələri aqrar sektora dəstək verəcək”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











