COP29 çərçivəsində qlobal emissiya ticarəti sisteminin inkişafı müzakirə olunub - FOTO
sizinxeber.az xəbər saytı

COP29 çərçivəsində qlobal emissiya ticarəti sisteminin inkişafı müzakirə olunub - FOTO


Bakıda keçirilən COP29 çərçivəsində “Global ETS inkişafı, karbon sərhədlərinin tənzimlənməsi və Türkiyənin ölkə hazırlıqları” adlı tədbir keçirilib.

APA-nın verdiyi xəbərə görə, tədbir COP29-da Türkiyə pavilyonunda baş tutub.

Tədbiri giriş sözüylə moderator Beynəlxalq Karbon Fəaliyyəti Tərəfdaşlığı katibliyinin rəhbəri Stefano de Klara açıb.

Almaniyanın İqtisadiyyat və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyinin İqlim Qanunvericiliyi və Emissiyaların Ticarət Şöbəsinin rəhbəri Dirk Weinreich, Türkiyə Karbon Qiymətləndirmə Departamentinin rəhbəri Eyüp Kaan Morali və “Carbon Trust”da Latın Amerikası üzrə baş menecer Amanda Luna Mera çıxış ediblər.

Dirk Weinreich Aİ-nin “Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi (CBAM)” məsələsi barədə danışıb.

O, CBAM-in məqsədlərindən birinin karbon sızmasının qarşısının alınması olduğunu qeyd edib: “Xarici istehsalçıların stimullarını yerli istehsalçılarımızın stimullarına uyğunlaşdırmaq üçün ümumi bazar daxilində istehsalçılarımız üçün mövcud karbon qiymətini digər yurisdiksiyadan idxala genişləndiririk”.

Türkiyə Karbon Qiymətləndirmə Departamentinin rəhbəri Eyüp Kaan Morali Türkiyənin ETS-nin yaradılması üçün seçdiyi yanaşma və qarşıdan gələn pilot mərhələnin nə olacağı barədə məlumat verib. Bildirib ki, onların uzunmüddətli strategiyaları var: "Biz emissiyanın 41% azaldılmasının hədəfimiz olduğunu açıqladıq”.

Latın Amerikası üzrə baş menecer Amanda Luna Mera “Carbon Trust” barədə danışıb: ““Carbon Trust” Latın Amerikasında karbon qiymətləri ilə bağlı şirkətlər və hökumətlərlə işləyir, onlara iqlim məqsədlərinə nail olmaq üçün kömək edir. Carbon Trust-ın yanaşması məlumatlılığın, potensialın artırılmasını, hökumətlər və özəl sektor arasında dialoqun asanlaşdırılmasını nəzərdə tutur”.

O qeyd edib ki, Meksika, Kolumbiya, Braziliya, Argentina və Çili də daxil olmaqla, bir sıra Latın Amerikası ölkələri emissiya ticarəti sxemlərini (ETS) - karbon vergilərini tətbiq edir və ya nəzərdən keçirir.

Panel müzakirəsi spikerlərin qonaqlarların suallarını cavablandırmasıyla yekunlaşıb.

Aysel Naibova

Oxşar xəbərlər

Bakıda karbon idarəçiliyi mövzusunda nazirlərin görüşü keçirilib - FOTO
Bakıda karbon idarəçiliyi mövzusunda nazirlərin görüşü keçirilib
Samirə Musayeva: Azərbaycanda gizli karbon vergiləri mövcuddur
Səfir: Biritaniya Azərbaycanın karbon bazarı tənzimləmələrini yekunlaşdırmaq səylərini tam dəstəkləyir
UNEC-də Çinin Hebei İqtisadiyyat və Biznes Universiteti ilə birgə COP29-a həsr olunan tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle