Liesbet Stir: “İnsan kapitalına investisiyanı artırmaq üçün həll yolları tapmaq lazımdır”
İnsan kapitalı və bacarıqlara investisiyanı artırmaq üçün İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü çərçivəsində həll yolları tapmaq lazımdır.
"Report" xəbər verir ki, bunu "Systemiq"in baş müşaviri və "ODI Global"ın İdarə Heyətinin sədri Liesbet Stir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.
"İlk dəfədir ki, COP-da insan inkişafı mövzusu müzakirə olunur. Bu, mühüm əhəmiyyət kəsb edir. Bir sıra tərəfdaşlarla birlikdə bu istiqamətdə bəzi məsələləri həyata keçirməyə çalışırıq. Məsələn, bu sahədə investisiya üçün daha yaxşı əsas yaratmaq lazımdır. Bu gün iqlim dəyişikliyi ilə bağlı tədbirlərin artım üçün faydalı olduğuna dair anlayışa malikik. Düzgün həyata keçirilərsə, bu, artım üçün həqiqətən yaxşı ola bilər və düşünürəm ki, indi hamımız buna inanırıq. Biz insanlara bu istiqamətdə sərmayə qoyuluşunun təkcə mənəvi deyil, həm də iqtisadi və siyasi cəhətdən vacib olduğunu sübut etməliyik", - deyə, o qeyd edib.
Onun sözlərinə görə, bu qlobal təşəbbüs vasitəsilə insan kapitalı və bacarıqlara investisiyanı artırmaq üçün həll yolları tapmağa çalışmaq lazımdır: "Bu məqsədlə yeni yollar tapmaq lazımdır. Təbii ki, bu mənada maliyyə resursları mühüm əhəmiyyət kəsb edir. Doğrudur, iqlim maliyyəsində hazırda buna üstünlük verməyib. Düşünürəm ki, bu yanaşma dəyişməldir".
Oxşar xəbərlər
Nazir: İnsan inkişafının iqlimə davamlı gələcəyini qurmaq təhsil və elmdən keçir
GCF Kommunikasiya rəhbəri: İqlim maliyyəsi ən həssas yerlərə sürətli şəkildə səfərbər edilməlidir
Yalçın Rəfiyev: "Qlobal istiləşmənin çağırışlarına cavab vermək üçün insanlara sərmayə qoymalıyıq"
Krispian Olver: İnsan inkişafına diqqət sıfır emissiyaya ədalətli keçidin əsasını təşkil edir
Dreli Solomon: İqlim maliyyəsi ada dövlətləri üçün böhranın aradan qaldırılmasında çox mühüm rol oynayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













