Yalçın Rəfiyev: "Qlobal istiləşmənin çağırışlarına cavab vermək üçün insanlara sərmayə qoymalıyıq"
Qlobal istiləşmənin yaratdığı çağırışlara cavab vermək üçün insanlara sərmayə qoymaq lazımdır.
"Report" xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbir çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.
"İqlim dəyişikliyi həyatın hər bir aspektinə təsir edir: səhiyyəyə, təhsilə, əmək bazarlarına və ən əsası gələcək nəsillərin imkanlarına. Qlobal istiləşmənin yaratdığı çağırışlara cavab vermək üçün biz insanlara sərmayə qoymalıyıq və bu sərmayə həyatın ən erkən mərhələsindən başlamalıdır. Uşaq və gənclərin təhsil, səhiyyə və bacarıqların inkişafı vasitəsilə gücləndirilməsi dayanıqlı cəmiyyətin bir hissəsi olmalıdır. Bu sərmayə təkcə dayanıqlılığı deyil, həm də iqlim dəyişikliyinin azaldılması səylərini əhatə etməlidir. Bu, gələcək işçi qüvvəsini "yaşıl iqtisadiyyat"ın tələblərinə hazırlamaq, təhsil və səhiyyə sistemlərinin iqlimə təsirini azaltmaq deməkdir" - o vurğulayıb.
Oxşar xəbərlər
Yalçın Rəfiyev: Bakı Qlobal İqlim Şəffaflığı Platformasını açmaqdan çox məmnunuq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: “Yaşıl kapital"ın qlobal axını təmin edilməlidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: İnsan inkişafının iqlimə davamlı gələcəyini qurmaq təhsil və elmdən keçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik COP29 çərçivəsində müzakirə olunacaq sosial mövzuları açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yalçın Rəfiyev: COP29-un Liderlər Sammiti müzakirələrin gələcək siyasi istiqamətini müəyyən etməyə imkan verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











