Ədalətli keçid üçün investisiyaların artırılması mövzusunda yüksək səviyyəli dialoq keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Ədalətli keçid üçün investisiyaların artırılması mövzusunda yüksək səviyyəli dialoq keçirilib - FOTO


COP29 sədrliyi və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində "Ədalətli keçid üçün investisiyaların artırılması" mövzusunda yüksək səviyyəli dialoq keçirilib.


APA-nın xəbərinə görə, tədbirdə Hollandiyanın maliyyə nazirinin müavini Casper Vesselinq, UNFCCC-nin icraçı katibi Saymon Stil iştirak edib. ABŞ maliyyə naziri Canet Yellen isə tədbirə video konfrans şəklində qatılıb.

Müzakirələr zamanı iqlim məqsədlərinə nail olmaq üçün dövlət maliyyəsini ayırmaq və özəl maliyyəni səfərbər etmək üçün əsas problemlərə toxunulub.
Dialoq zamanı, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) maliyyənin səfərbər edilməsi üçün uğurlu koordinasiya mexanizmləri və maliyyə nazirliyinin əlaqələndirmədə xüsusi rolu, tərəfdaş institutlar, maliyyələşdirmə tərəfdaşları və özəl sektorun NDC-lər üçün maliyyənin səfərbər edilməsində ölkələrə ən yaxşı şəkildə necə dəstək ola biləcəyi barədə məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Nigar Arpadarai: COP29-un əsas mövzusu maliyyə olacaq, özəl sektoru buna cəlb etməyi düşünürük [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP Sədrlikləri Üçlüyünün yüksək səviyyəli dialoqu keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Yerli İcmalar və Yerli Etnik Qruplar Platformasında çoxtərəfli dialoq” mövzusunda konfrans keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində insan kapitalının inkişafı, yaşıl iş yerləri, sosial müdafiə mövzuları müzakirə olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər