Azərbaycanda "yaşıl istiqrazlar"ın tətbiqi qarşısında duran əsas maneələr açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda "yaşıl istiqrazlar"ın tətbiqi qarşısında duran əsas maneələr açıqlanıb


Azərbaycanda "yaşıl istiqrazlar"ın qarşısında duran əsas maneə qanunverici çərçivənin olmamasıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev COP29 çərçivəsində keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” adlı tədbirdə bildirib.

“COP29 öncəsində də "yaşıl istiqrazlar"a maraq var idi. Müzakirə olunacaq əsas məsələlərdən biri "yaşıl istiqrazlar"ın yaradılmasıdır. Lakin bu istiqrazların inkişafına mane olan əsas səbəb qanunverici bazanın yoxluğudur. Müvafiq qanunverici çərçivə olmadan "yaşıl istiqrazlar" bazara təqdim edilə bilməz və biz bu cür məhsulları təklif edə bilmərik. Bu istiqamətdə qanunverici orqanlarla iş aparılır və düzgün həll yolları hazırlanmalıdır ki, istiqrazlar bazara çıxarılanda hər hansı problem yaranmasın", - deyə Nağıyev vurğulayıb.

Onun sözlərinə görə, digər çətinlik isə istiqrazların təbiətindədir: "Yaşıl istiqrazlar" uzunmüddətli maliyyələşməni tələb edən bir alətdir. Lakin bu yalnız bizdə deyil, dünya üzrə geniş yayılmış bir məsələdir”.

Oxşar xəbərlər

Mərkəzi Asiyada dayanıqlı "yaşıl maliyyə"nin cəlbi ilə bağlı əsas maneələr açıqlanıb
AMB sədri: Bu il yaşıl istiqrazlar haqqında qanun qüvvəyə minəcək
“Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda tədbir keçirilib - FOTO
Taleh Kazımov: "COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər"
AMB: Dünyanı birləşdirəcək "yaşıl" taksanomiya hazırlamaq istəyirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər