“Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda tədbir keçirilib - FOTO
Bu gün COP29 çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilən “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda tədbir keçirilib.
Sizinxeber.az xəbər verir ki, tədbirdə bu regionlarda iqlim maliyyəsinin mövcud vəziyyəti və gələcək potensialı müzakirə edilib.
Tədbirdə Dünya Bankı, Beynəlxalq Əməkdaşlıq üçün Yaponiya Bankı, Paşa Bank, Astana Beynəlxalq Maliyyə Mərkəzinin nümayəndələri çıxış ediblər.
Dayanıqlı investisiya, dövlət-özəl tərəfdaşlığı haqqında danışan Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Roland Prays qeyd edib ki, iqlim dəyişikliyi Cənubi Qafqazın hər üç ölkəsinə nəzərəçarpacaq dərəcədə təsir edib. Cənubi Qafqazda ən böyük problemlərdən birinin su qıtlığı olduğunu vurğulayan regional direktor burada əsas məsələnin dövlət və özəl sektorun əməkdaşlığı olduğunu qeyd edib.
Beynəlxalq Əməkdaşlıq üçün Yaponiya Bankının İcraçı Məmuru Hiroko Yano iqlim maliyyəsinin formalaşdırılması üçün əsas məsələnin beynəlxalq əməkdaşlıq olduğunu vurğulayıb.
Dünya Bankının əməkdaşlıq etdiyi ölkələrlə iş zamanı bürokratik əngəllər yaratması barədə danışan Roland Prays Dünya Bankının siyasətində bürokratiyanın olduğunu təsdiqləyib. Qeyd edib ki, bu bürokratiya əməkdaşlığın ilkin mərhələsində, sənədləşmə prosesində nəzərə çarpsa da, sonrakı mərhələlərdə qaydalar yüngülləşir.
Paşa Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin formalaşdırılmasında ən güvənli alətlərdən danışanda bildirib ki, bu məsələ ümumiyyətlə, layihələrin forması, mexanizmlər, iqlim siyasətləri və s. də daxil olmaqla bir çox nüansdan asılıdır.
Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) Yaşıl Maliyyə Mərkəzinin baş direktoru Manas Gizhduaniyev maliyyənin yeni yaşıl dəhlizləri sayılan yaşıl istiqrazlardan danışarkən qeyd edib ki, Qazaxıstan 2020-ci ildə ilk yaşıl istiqrazlarını buraxıb və bu sahədə öhdəliklərini yerinə yetirdiyini bir daha göstərib. Zəmanətə yararlı və bank üçün etibarlı layihələrin azlığını vurğulayan Manas Gizhduaniyev bu sahədə işlər görülməsinin vacibliyini qeyd edib.
Sahilə Cabbar
Ələkbər Ələkbərov
Oxşar xəbərlər
Samir Şərifov: İqlim maliyyəsi üçün çoxtərəfli inkişaf banklarının resurs bazalarının artırılması zəruridir
İrakli Kobaxidze: COP29 Cənubi Qafqaz regionu üçün mühüm hadisədir
COP29 sədrliyi uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürüb
Türkiyənin XİN başçısı: Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik
Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












