Ceyhun Bayramov: COP29-un nəticələri ilə bağlı nikbinik
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov: COP29-un nəticələri ilə bağlı nikbinik


Məlum olduğu kimi, Azərbaycan bu mürəkkəb iqlim danışıqları prosesində əvvəldən iştirak edir.

“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov COP29-un kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.

"Bir çox ölkələrdən fərqli olaraq bizim iki ilimiz yox, cəmi 11 ayımız olmasına baxmayaraq, tərəflərin mövqelərini yaxınlaşdırmaq və bu konfransda mühüm nəticələrin əldə edilməsinə yönəlmiş əməkdaşlıq platforması yaratmaq üçün əlimizdən gələni etdik", - nazir qeyd edib.

XİN rəhbəri noyabrın 11-də başlayan COP29-un ilk gününün müsbət nəticəsini qeyd edərək nikbinliyini ifadə edib. "Dünən təxminən 20 saatlıq danışıqlardan sonra gündəliklə bağlı nəticə əldə etmək mümkün olub. Gündəlik təsdiqlənib. Birinci günün daha bir mühüm nəticəsi isə hamımızın da bildiyi kimi, uzun illər müzakirə olunan Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılaşmanın əldə edilməsidir", - o qeyd edib.

C.Bayramovun sözlərinə görə, ümumilikdə Bakı konfransından, COP29-dan 60-a yaxın potensial sənədin qəbul edilməsi gözlənilir. Lakin ən vacibi Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə razılaşmadır ki, buna da nail olunacağına ümid edirik.

"Hələ də bir çox ölkələrin, bir çox mühüm oyunçuların mövqelərində fərqlər var. Lakin gördüyümüz odur ki, hamı qətiyyətlidir, bu məsələyə çox ciddi yanaşır. Bu o deməkdir ki, bütün mühüm oyunçular öz məsuliyyətlərini başa düşürlər. Buna görə də biz nikbin əhval-ruhiyyədəyik", - nazir vurğulayıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov: COP29-da iştirak etməmək Ermənistan üçün itirilmiş fürsətdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində tədbirdə çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər