Lukaşenko iqlim dəyişikliyi ilə mübarizədə tutduqları mövqeyə görə bəzi Qərb ölkələrini tənqid edib
Belarus Prezidenti Aleksandr Lukaşenko bəzi Qərb ölkələrini iqlim dəyişikliyi ilə mübarizəyə münasibətinə görə tənqid edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Lukaşenko Azərbaycanın “AnewZ” telekanalına müsahibəsində bildirib.
“Orta qlobal temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması məqsədinə çatmaq olarmı və ölkələr buna nail olmaq üçün kifayət qədər işlər görüblərmi?” sualını cavablandırarkən Lukaşenko deyib: “Əgər bu cür və bu həcmdə etsək, bu, əlçatmaz olacaq. Heç nə dəyişmir, əksinə, vəziyyət getdikcə pisləşir. İlk növbədə emissiyaları azaltmalı olan ölkələr, təəssüf ki, bunu etmirlər”.
O, bu mövzuda heç bir işıq görünmədiyini də vurğulayıb.
Lukaşenko bəzi Qərb ölkələrini Azərbaycanda keçirilən COP29-da iştirakla bağlı tutduqları mövqeyə görə də tənqid edib: “Onlar düşünürlər ki, hər şey yaxşı olacaq, iqlim dəyişməyəcək və Qərb ölkələri bundan yan keçəcəklər. Yəni elə düşünürlər ki, hər şey düzələcək. Düzəlməyəcək”.
Oxşar xəbərlər
Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək
Lukaşenko Qərb ölkələrinin nümayəndələri ilə çətin, lakin maraqlı danışıqlar apardığını açıqlayıb
Lukaşenko da İlham Əliyevlə əlaqə saxladı
Belarus Prezidenti COP29-da iştirak etmək üçün Bakıya gəlib
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








