ÜMT-nin Baş katibi: COP29-da ölkələr NDC-də ambisiya göstərməlidirlər
sizinxeber.az xəbər saytı

ÜMT-nin Baş katibi: COP29-da ölkələr NDC-də ambisiya göstərməlidirlər


Bakıda keçirilən COP29 iqlim konfransında ölkələr Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə (NDC) ambisiya nümayiş etdirməlidirlər.

Bu barədə “Report”a Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi Celeste Saulo bildirib.

"Bütün dünyanın burada öz rolunu oynaması lazımdır. Bu təkcə qlobal şimal və ya qlobal cənuba aid deyil, bu, kollektiv səydir. Buna görə də hər bir ölkənin iqlim dəyişikliyi ilə mübarizədə iştirakına ehtiyacımız var. Ümid edirik ki, inkişaf etməkdə olan dünyanın ədalətli enerji keçidinə nail olmaq üçün ehtiyac duyduğu əsas maliyyələşdirmə ilə bağlı razılıq əldə olunacaq", - o qeyd edib.

ÜMT-nin Baş katibi qlobal temperatur artımının 1,5°C səviyyəsində məhdudlaşdırılmasına nail olmaq məsələsində nikbinlik ifadə edib: "Hamımız bu məsələdə nikbin olmalıyıq, çünki bu həddin aşıldığı bir dünyada yaşamaq bizə xoş gəlməyəcək".

Oxşar xəbərlər

Ümümdünya Meteorologiya Təşkilatının baş katibi iqlim dəyişikliyi ilə bağlı araşdırmalara maliyyə ayırmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT dayanıqlı iqlim sazişinə nail olmaq üçün birgə fəaliyyətə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
WMO-nun Baş katibi: "2015-2024-cü illərdə son 175 ildə müşahidə edilən ən isti dövr olaraq qiymətləndirilir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Patrisia Skotlend: “COP29 iqlim fəaliyyəti və maliyyələşdirmə arasında fərqi aradan qaldırmaq üçün yeganə şansdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər