Metronun “Koroğlu” stansiyasında COP29-la bağlı istiqamət lövhələri yerləşdirilib
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) Bakıda keçiriləcək 29-cu sessiyasının (COP29) əsas məkanı Bakı Olimpiya Stadionu olduğundan metronun “Koroğlu” stansiyası ərazi üzrə ən mühüm nəqliyyat qovşaqlarından biri kimi fəaliyyət göstərəcək.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, stansiyada konfrans iştirakçıları və qonaqların hərəkət rahatlığı, həmçinin səmti asanlıqla müəyyən etmələri məqsədilə bir sıra tədbirlər görülüb:
"COP29 Əməliyyat Şirkətinin “Koroğlu” stansiyasında apardığı monitorinqlər əsasında hazırladığı əlavə naviqasiya sistemi platforma, keçid və vestibül sahələrində quraşdırılıb.
Əsas məqsəd müxtəlif nəqliyyat vasitələri, o cümlədən avtobus, taksi, fərdi avtomobillər və dəmiryolu xətti ilə gələn COP29 iştirakçıları və qonaqların “Koroğlu” stansiyasının keçidindən istifadə edərkən səmti düzgün müəyyən etməsinə yardımçı olmaqdır.
Qeyd edək ki, stansiyada iştirakçıların və qonaqların, eləcə də metropolitendən az istifadə edənlərin rahatlığını təmin etmək məqsədilə COP29 Əməliyyat Şirkətinin təşkilatçılığı ilə 10 metro stansiyasına könüllülər cəlb olunub. Ən çox könüllü məhz şaxələnmiş infrastruktura malik “Koroğlu” stansiyası ərazisində müəyyən edilmiş zonalarda fəaliyyət göstərəcək".
Oxşar xəbərlər
COP29 vaxtı metronun fəaliyyəti yerüstü nəqliyyata uyğun tənzimlənəcək
COP29-la bağlı Bakıda 16 nəqliyyat qovşağı yaradılıb
Bakı metrosunda COP29-la bağlı məlumatlandırma işləri aparılır - FOTO
Noyabrın 4-dən Bakıda 31 avtobus marşrutunun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI
Sektor müdiri: COP29 Çağrı Mərkəzi yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












