COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb
sizinxeber.az xəbər saytı

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb


COP29 konfransında iştirak etmək üçün ölkəmizə səfər edən nümayəndə heyətləri, eləcə də yerli iştirakçılar üçün sərnişindaşıma xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə “Bolt” və “Yango” taksi şirkətlərinin mobil tətbiqlərində “COP29” kateqoriyası yaradılıb.

APA xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib.

COP29 Azərbaycan Əməliyyat Şirkəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a qatılacaq on minlərlə iştirakçının tədbir məkanları arasında rahat gediş-gəlişini təmin etmək istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə tədbir iştirakçıları xüsusi marşrut üzrə hərəkət edəcək avtobuslarla yanaşı, “Bolt” və “Yango” kimi şirkətlərin mobil tətbiqlərindən də rahatlıqla istifadə edə biləcəklər. Bunun üçün adıçəkilən taksi şirkətlərinin mobil tətbiqlərinin sifariş menyularına “COP29” kateqoriyası daxil edilib. Bu funksiya sadəcə sifariş prosesini asanlaşdırmır, eyni zamanda sifarişçiləri ən yaxın taksi dayanacağına yönləndirir. Prosesin təhlükəsizliyini nəzərə alaraq, sözügedən taksi şirkətləri tərəfindən bu kateqoriya üzrə xüsusi avtomobillər ayrılıb və müvafiq stikerlərlə fərqləndirilib.
Bununla yanaşı, rəsmi COP29 tərəfdaşı olan “Baku Taxi” şirkəti də konfrans iştirakçılarına öz xidmətlərini təklif edir. Bu şirkətə məxsus taksilər Heydər Əliyev Beynəlxalq Aeroportundakı “Terminal-1” və Bakı Stadionunun müvafiq ərazilərində xidmət göstərəcəklər. Qeyd edək ki, “Baku Taxi”nin xidmətləri konfransda iştirak üçün akkreditasiyadan keçmiş və ya iştiraka dair təsdiq məktubu almış təkərli oturacaq istifadəçiləri üçün ödənişsiz olacaq.

Oxşar xəbərlər

COP29-un nəqliyyat icarəsi üzrə məsul tərəfdaşı müəyyən edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda COP29-la bağlı xüsusi avtomobillərin hərəkəti məhdudiyyət tətbiq edilmədən test olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Çağrı Mərkəzi fəaliyyətə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər