Bakıda COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumları müzakirə olunub
sizinxeber.az xəbər saytı

Bakıda COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumları müzakirə olunub


Bakı Dövlət Universiteti (BDU) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti mövzusunda" dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, tədbirdə BDU-nun əməkdaşları, o cümlədən jurnalistika fakültəsinin professor-müəllim heyəti, tələbələr və Mətbuat Şurasının üzvləri iştirak ediblər.

Mətbuat Şurasının sədri Rəşad Məcid dezinformasiyanın cəmiyyət həyatındakı mənfi rolundan danışıb: "Son illər bu məsələ xüsusilə aktuallaşıb. Saxta xəbərlərə qarşı mübarizə zərurətə çevrilib. Biz də bu istiqamətdə fəal rol oynamaq istəyirik".

BDU-nun rektoru Elçin Babayev bildirib ki, bu günlərdə bütün dünyanın diqqəti Azərbaycana yönəlib: "Bakının COP29-a ev sahibliyi dünya dövlətlərinin bizə inamının təzahürüdür. 200-ə yaxım dövlət COP29-un Azərbaycanda təşkilini yekdil şəkildə dəstəkləyib. Azərbaycan bu tədbirə uğurlu sahibliyi üçün bütün imkanlardan istifadə edir".

Onun sözlərinə görə, Azərbaycanın uğurları bəzi qüvvələri qıcıqlandırır: "Həmçinin bədnam güclər Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini, BMT qətnamələrini özü icra etməsini qəbul edə bilmir. Ona görə də Azərbaycanla bağlı informasiya müharibəsi həyata keçirilir".

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli deyib ki, Azərbaycan dəfələrlə informasiya müharibəsi sınağından üzüağ çıxıb: "Biz bunu İkinci Qarabağ müharibəsi dövründə də gördük. Ümumiyyətlə, belə tendensiya təkcə 44 günlük savaşla məhdudlaşmır. Ölkəmizin ev sahibliyi etdiyi bütün vacib tədbirlər ərəfəsində Azərbaycana qarşı oxşar kampaniyalar olur. Qərb ölkələləri "peşəkarlıqla" xəbərlər hazırlayırlar. Vaxtilə COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyənlər indi bu təşəbbüsə qarşı çıxırlar".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı söyləyib ki, Azərbaycana qarşı dezinformasiya kampaniyasının növbəti mərhələsi bu ilin iyunundan başlayıb: "Bu, müxtəlif formalarda həyata keçirilir. Məqsəd Azərbaycanın geosiyasi vəziyyətinə təsir etməkdir. Əlbəttə, belə cəhdlərin qarşısı alınmalıdır. Bunun üçün informasiya agentliklərinin işi gücləndirilməlidir. Həmçinin beynəlxaıa əməkdaşlıq möhkəmləndirilməlidir".

Professor Qulu Məhərrəmli vurğulayıb ki, dezinformasiya kampaniyası artıq, demək olar, adi hala çevrilib: "Bu, dövlətlərarası münasibətlərə də təsir edir. Əslində haqqında danışdığımız məsələ, yəni yalana meyillilik cəmiyyətdə də hiss olunur".

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə çıxışında son vaxtlar Azərbaycana qarşı dezinformasiya meyillərinin gücləndiyini diqqətə çatdırıb: "Bu, çox ciddi məsələdir. Ümumiyyətlə, hazırda informasiya müharibəsi fenomeni qlobal miqyaslı məsələdir. Bu, medianın fəaliyyətinə də təsir edir. Dezinformasiyalara qarşı daha həssas olmaq lazımdır".

FOTO : Məhəmməd Ağayev

Oxşar xəbərlər

Prezident: 200-ə yaxın ölkənin COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir
QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub
PA rəsmisi: COP29 ərəfəsində və ya sonra Azərbaycana qarşı hücumlara hazır olmalıyıq
Ramid Namazov: COP29-a ev sahibliyi edən Azərbaycana qarşı hibrid hücumların əsası yoxdur
Azərbaycana qarşı hibrid təhdidlərin arxasında erməni diasporu dayanır - MÜZAKİRƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle