Azərbaycana qarşı hibrid təhdidlərin arxasında erməni diasporu dayanır - MÜZAKİRƏ
Azərbaycana qarşı hibrid təhdidlərin əksəriyyətinin arxasında erməni diasporu, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni təşkilatları dayanır.
“Report” xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının üzvü Gülşən Paşayeva deyib.
O qeyd edib ki, dövlət və cəmiyyət imkanlarını birləşdirərək bu təhdidlərə qarşı birgə mübarizə aparmalıdır.
Müzakirədə iştirak edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib ki, bu cür dezinformasiyalarla mübarizə tədbirləri COP29-a hazırlıq prosesi ilə paralel aparılmalıdır: "Təklif edirəm ki, COP29 haqqında “antifake” sosial şəbəkə səhifəsi yaradılsın. Bu, COP29 haqqında yayılan yalan informasiyaların təkzib edilməsi, həqiqətlərin çatdırılması üçün istifadə oluna bilər”.
Oxşar xəbərlər
Ramid Namazov: COP29-a ev sahibliyi edən Azərbaycana qarşı hibrid hücumların əsası yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“COP-da haqqını tələb et” adlı koalisiyanın fəaliyyəti Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə cəhdi hesab edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Natiq Məmmədli: Bu ilin əvvəlindən Azərbaycana qarşı yeni metodlarla təhdidlər, “fake”lərin geniş yayımı başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











